Bank Of Baku

Azərbaycan nümayəndə heyəti COP29-la bağlı təcrübəsini bölüşmək üçün Türkiyəyə səfər edəcək

Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev

© APA | Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev

# 02 dekabr 2025 10:40 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti ölkəmizin COP29 təcrübəsini bölüşmək üçün Türkiyəyə səfər edəcək.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş danışıqçısı Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.

“Bildiyiniz kimi, Türkiyənin COP31-ə ev sahibliyi haqqını qazanması üçün Azərbaycan vasitəçilik edib. Azərbaycandan sonra Türkiyənin bu tədbirə ev sahibliyi etməsi regionumuzda ekologiyaya diqqətin artmasına səbəb olacaq. Biz bu sahədə uğurlu təcrübələri olan bir dövlət kimi Türkiyə tərəfinə öz dəstəyimizi təklif etmişik. Türkiyə tərəfi də bunda maraqlıdır. Yaxın zamanda Türkiyəyə nümayəndə heyətimizin səfər etməsi planlaşdırılır və bu səfər çərçivəsində öz təcrübəsini qardaş ölkə ilə bölüşəcək”, - Yalçın Rəfiyev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR