Bank Of Baku

Çaylarda sululuq artıb

Çaylarda sululuq artıb
# 28 may 2025 10:45 (UTC +04:00)

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Bu barədə APA-ya Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Hansı çaylarda sululuq artıb?

Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 28-i saat 10:00-a olan məlumatına əsasən: Böyük Qafqaz ərazisindən axan çaylarda Qarasuçayda 16 sm, Katexçayda 6 sm artım müşahidə olunub.

Kiçik Qafqaz ərazisindən axan çaylardakı vəziyyət

Zəyəmçay və Kürəkçayda 2 sm səviyyə artımı qeydə alınıb. Qarabağ və Şərqi-Zəngəzur bölgəsinin çaylarında Tərtərçay (Vəngdə) 5 sm, Oxçuçay və Quruçayda 3 sm, Həkəriçayda 2 sm artım baş verib.

Kür çayının aşağı axınında

Kür-Zərdabda 17 sm, Kür-Surrada isə 5 sm artım müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR