Bu gün Bakıda keçirilən tədbir COP29 və COP30-un əl-ələ verərək real nəticələrə doğru irəliləməsini təmin etməsi üçün əhəmiyyətli bir məqamdır.
APA xəbər verir ki, bunu COP30-un prezidenti Andre Correa do Laqo Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirə göndərdiyi videomesajda deyib.
O bildirib ki, bu, çox mühüm bir fürsətdir: “COP30 hədəflərin həyata keçirmə mərhələsinə daxil olduğumuzu təmin etmək baxımından çox vacib addım olub. Əminəm ki, hazırda Bakıda baş verən proseslərin nəticələri Braziliyanın sədrliyinin noyabr ayında Antalyada keçiriləcək növbəti mərhələyədək davam edən fəaliyyətləri üçün çox əhəmiyyətli olacaq. Buna görə də, birlikdə olduğunuz, həqiqətən nə etməli olduğumuzu müzakirə etdiyiniz üçün sizə təşəkkür edirəm. Hamınıza salamlarımı çatdırıram və ümid edirəm ki, yaxın zamanda haradasa yenidən görüşəcək, bu mübarizəni birlikdə davam etdirəcəyik".