Bank Of Baku

Hidrometeorologiya Xidməti: Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova

© APA | Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova

# 16 aprel 2025 17:06 (UTC +04:00)

Yağışın davam etdiyini nəzərə alsaq, yağıntıların miqdarının artacağı gözləniləndir.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, son dəfə 1966-cı ildə bu həddə yağıntı qeydə alınıb: “Son 15 saat ərzində bölgələrdən asılı olaraq, yağıntının miqdarı dəyişir. Bakıda hazırda yağıntının miqdarı 57 mm-dir. Bu isə aylıq normadan 2 dəfə (217 faiz) çoxdur. Hazırki yağıntı illik norma ilə müqayisədə isə 22% təşkil edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR