Bank Of Baku

İranda Xəzəryanı ölkələrin konfransı keçirilir - FOTO

İranda Xəzəryanı ölkələrin konfransı keçirilir - FOTO
# 23 sentyabr 2026 11:53 (UTC +04:00)

İranda beş Xəzəryanı ölkənin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə konfrans keçirilir.

APA-nın Tehran bürosunun xəbərinə görə, Tehran Konvensiyasının 7-ci Konfransı üç illik fasilədən sonra Tehranda işə başlayıb.

Üç gün əvvəl Xəzəryanı ölkələrin müvafiq qurumlarının ekspertləri səviyyəsində başlayan iclas bu gün həmin ölkələrin ətraf mühit üzrə nazirlərinin müavinləri səviyyəsində davam etdirilir.

Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov toplantıda iştirak edir.

Bugünkü iclasda müzakirə olunan əsas məsələlərdən biri Xəzər dənizində su səviyyəsinin azalmasının nəzərdən keçirilməsi olub. Bu məsələnin beş Xəzəryanı ölkənin hər biri üçün ciddi narahatlığa çevrildiyi vurğulanıb.

Xəzər dənizinin monitorinqi, Xəzər suitilərinin regional səviyyədə qorunması və bu su hövzəsinin biomüxtəlifliyinin mühafizəsinin də son günlər keçirilən ekspert görüşlərində müzakirə olunan digər məsələlər sırasında olduğu diqqətə çatıdırılıb.

Bildirilir ki, bu gün detallar və texniki məsələlər üzrə razılıq əldə edildikdən, sənədlərin yekunlaşdırılmasından sonra nəticələr bəyanat şəklində təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR