Bank Of Baku

Murat Kurum: COP31-də Bakıda götürülmüş öhdəliklərin icrasını yaxından izləyəcəyik

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum

© APA | Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum

# 05 iyun 2026 12:11 (UTC +04:00)

COP31 Sədrliyi olaraq xüsusilə Bakı Maliyyə Hədəfi başda olmaqla, COP29 çərçivəsində götürülmüş öhdəliklərin icrasını yaxından izləyəcəyik.

APA xəbər verir ki, bunu COP31-in təyin olunmuş prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirə göndərdiyi videomesajda deyib.

O bildirib ki, COP31-də əməkdaşlığın və konkret nəticələr ön plana çıxacaq:

“Çünki dünya artıq sadəcə yeni vədlər eşitmək istəmir. Dünya verilən vədlərin həyata keçirildiyini görmək istəyir. Bu uğurun açarı isə cəmiyyətin bütün təbəqələrinin prosesə qoşulmasıdır. Biz inanırıq ki, hökumətlərdən yerli idarəetmə orqanlarına, özəl sektordan akademik dairələrə, gənclərdən qadınlara, vətəndaş cəmiyyətindən maliyyə dünyasına qədər hər kəs bu transformasiyanın bir hissəsi olmalıdır. COP31-i ortaq məsuliyyətin, güclü əməkdaşlıqların, etimadı möhkəmləndirən iqlim diplomatiyasının və konkret fəaliyyətin qovuşduğu məkan kimi görürük”.

Nazir tədbir iştirakçılarını Antalyada keçiriləcək COP31-ə dəvət edib: “Noyabr ayında sizi ölkəmizdə qəbul etməkdən böyük məmnunluq duyacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR