"Azərbaycan zəngin biomüxtəlifliyə malik ölkədir”.
APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirdə deyib.
Nazir bildirib ki, Azərbaycanda mühafizəolunan ərazilərin son dövrdə 10%-dən daha çox genişlənməsinə nail olunub: “Bu gün Ümumdünya Ətraf Mühit Gününü təntənəli qeyd edirik. Regionumuzun incisi olan Xəzər dənizinin səviyyəsinin azalması əsas problemlərdən biridir. Məsələnin qlobal gündəliyə çıxarılması üçün fəaliyyətimizi davam etdiririk".