Bank Of Baku

Ümumdünya Turizm Təşkilatının icraçı direktoru: Azərbaycan turizm sahəsində bəyanatı imzalayan ölkələrdəndir

Ümumdünya Turizm Təşkilatının icraçı direktoru: Azərbaycan turizm sahəsində bəyanatı imzalayan ölkələrdəndir
# 20 noyabr 2024 13:37 (UTC +04:00)

"2020-ci ildə təşkil olunan COP zamanı 372 iqlim planı hazırlanmışdı".

APA xəbər verir ki, bunu Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroseviç mətbuat konfransı zamanı deyib.

"50-dən çox hökumət turizm sahəsində qəbul olunan bəyanata dəstək verib. 2020-ci ildə keçirilən COP zamanı da turizm mövzusunu aktuallaşdırmışdıq. O zaman 372 iqlim planı hazırlanmışdı. Azərbaycan, Kanada və Özbəkistan həmin bəyanatı imzalayan ölkələrdəndir. BMT-nin Ümumdünya Turizm Təşkilatı bu təşəbbüslərin reallaşmasına töhfə verəcək. Biz hesab edirik ki, gələcək artıq bu gündür və biz hələ yolun başındayıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR