Vergi borcuna görə 312 şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb

 Vergi borcuna görə 312 şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb
# 30 avqust 2016 09:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov- APA-Economics. Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 26 avqust tarixinə vergi borcu olduğuna görə 312 şəxsin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında xarici ölkələrin 3 vətəndaşı da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR