Barak Obama tədricən Rakka və Mosulun İŞİD-dən azad ediləcəyini bəyan edib

Barak Obama tədricən Rakka və Mosulun İŞİD-dən azad ediləcəyini bəyan edib
# 24 aprel 2016 08:54 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama müttəfiqlərin İŞİD-ə qarşı hücumları davam etdirməyi, tədricən Suriyanın Rakka və İraqın Mosul şəhərini azad etməyi bacaracağını bildirib.

APA-nın BBC telekanalına istinadən verdiyi məlumata görə, B. Obama yaxın 9 ay ərzində Suriyada İŞİD-lə mübarizənin başa çatmasını düşünmədiyini də etiraf edib.

ABŞ prezidenti bildirib ki, kampaniyanın davam etdirilməsi çox vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR