ABŞ-dakı atışmada şübhəli bilinən şəxslərin evində 12 partlayıcı qurğu aşkarlanıb

ABŞ-dakı atışmada şübhəli bilinən şəxslərin evində 12 partlayıcı qurğu aşkarlanıb
# 03 dekabr 2015 22:11 (UTC +04:00)

Bakı-APA. Kaliforniyanın San-Bernardino şəhərində atışma törətməkdə şübhəli bilinən şəxslərin evində 12 ədəd əldəqayırma bomba aşkarlanıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Məlumata görə, axtarış zamanı həmçinin partlayıcı qurğuların istehsalında istifadə edilən materiallar və minlərlə patron aşkarlanıb.

Qeyd edək ki, atışmada şübhəli bilinən şəxs dini radikallarla əlaqədə şübhəli bilinir.

Son məlumata görə, atışma nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR