Nyu-Yorkda iki qatar toqquşub, 33 nəfər xəsarət alıb

Nyu-Yorkda iki qatar toqquşub, 33 nəfər xəsarət alıb
# 09 oktyabr 2016 18:57 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkda sərnişinin qatarı ilə yük qatarının toqquşması nəticəsində 33 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 4 nəfərin ağır yaralandığı bildirilir.

Sərnişin qatarında 600 nəfər olub.

Məlumata görə, qəza “Nyu Hayd Park” stansiyası yaxınlığında baş verib. İnsident zamanı üç vaqon relsdən çıxıb. Hazırda qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR