Qusarda 38 yaşlı kişi itkin düşüb

Qusarda 38 yaşlı kişi itkin düşüb
# 28 mart 2016 10:37 (UTC +04:00)

Qusar. Vəli Turan – APA. Qusar rayonunda 38 yaşlı kişi itkin düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonu Xurel kənd sakini Koroğluyev Abdulla Güləli oğlu Qusar Rayon Polis Şöbəsinə müraciət edərək oğlu, 1978-ci il təvəllüdlü Bəhruz Koroğluyevin fevralın 27-də yaşadığı evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, itkin düşmüş şəxsin yerini müəyyənləşdirmək mümkün olmayıb.

Onun boyunun 165 sm, sifətinin uzun olduğu, arıq bədən quruluşlu, gözlərinin rənginin qəhvəyi, düz burun, sarımtıl, qısa buruq saçları, qabaq iki dişinin olmadığı açıqlanıb.

Evdən çıxarkən əynində qara rəngli qısa gödəkcə, göy rəngli cins şalvar və ayağında qara rəngli ayaqqabı olub. Məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19 və “102” nömrəli telefonlara zəng vurmaq xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR