Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 413-ə çatıb - YENİLƏNİB

Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 413-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 19 aprel 2016 05:21 (UTC +04:00)

Bakı-APA. Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 413-ə çatıb.

APA-nın məlumatına görə, Bu barədə yerli hökumət nümayəndələri məlumat verib.

Bundan əvvəl təbii fəlakət nəticəsində 366 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, aprelin 16-da Ekvadorda 7,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Muisne yaşayış məntəqəsindən 28 cənub-şərqdə, ocağı isə 20 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində yaşayış evləri, inzibati binalar, hotellər uçub.

***

02:03

Bakı-APA. Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 366-ya çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, 2 600 nəfər müxtəlif xəsarətlər alıb, 230 nəfər itkin düşüb, 1 500 tikili dağılıb və yaxud ziyan çəkib.

Təbii fəlakət zonasında tədbirlər davam etdirilir. Yerli hökumət ölənlərin sayının artmasını istisna etmir.

Xatırladaq ki, aprelin 16-da Ekvadorda 7,8 bal gücündə zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR