Almaniya kansleri: “Miqrant böhranı ən çətin sınağım olub”

Almaniya kansleri: “Miqrant böhranı ən çətin sınağım olub”
# 29 fevral 2016 11:04 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Miqrant böhranı mənim bu postda olduğum müddətdə ən çətin sınağım olub”.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel ARD telekanalına müsahibəsində bildirib. Kansler qeyd edib ki, miqrant böhranının aradan qaldırılmasında “B” planı yoxdur. “Problemin həlli üçün zaman tələb olunur. Bu, çətin yoldur və bizim tarixdə vacib mərhələdir” - deyə A. Merkel qeyd edib. Kanslerin sözlərinə görə, sərhədlərin birtərəfli bağlanması problemi həll etməyəcək: “Ən qorxduğum budur: biri sərhədini bağlayacaq, digəri isə əziyyət çəkəcək. Bu, mənim Avropam deyil”.Kansler miqrant böhranı ilə mübarizədə Avropanın vahidliyinin qorunub saxlanmasının əsas məqsədi olduğunu da diqqətə çatdırıb.

Qeyd edək ki, A. Merkel 2005-ci ilin noyabrından Almaniyanın kansleridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR