Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında “Bilik günü” qeyd olunub - FOTO

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında “Bilik günü” qeyd olunub - <span style="color: red;">FOTO
# 15 sentyabr 2015 12:34 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 15-də Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında yeni tədris ilinin başlaması ilə əlaqədar «Bilik günü» təntənəli sürətdə qeyd olunub.

APA-nın xəbərinə görə, Akademiya rəisinin birinci müavini general-mayor Şahin Sultanov yeni tədris ilinin başlanması münasibətilə bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin professor-müəllim heyətini və kursantları təbrik edib.

Şahin Sultanov bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasi-iqtisadi kurs müasir tələblər səviyyəsində prezident İlham Əliyevin rəhbərliyi ilə inamla və uğurla davam etdirilir.

Diqqətə çatdırılıb ki, Azərbaycanda mütəmadi olaraq beynəlxalq səviyyəli müxtəlif siyasi, iqtisadi, mədəni və idman tədbirlərinin təşkili artıq ənənə şəklini alıb. Qeyd olunub ki, ölkə rəhbəri İlham Əliyev Azərbaycan gəncliyinə, eləcə də ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Bu sahəyə əhəmiyyətli investisiya qoyuluşu, Azərbaycan gəncliyinin sürətli inkişafı, gənclərimizin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi, dövlət idarəçiliyinə cəlb edilməsi və s. məsələləri daim diqqət mərkəzində saxlayır.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında kadr hazırlığının dövrün tələbləri səviyyəsində həyata keçirilməsinə, müasir ixtisas və istiqamətlərin açılmasına, yeni fakültələrin yaradılmasına daim xüsusi önəm verildiyini bildirən Şahin Sultanov qeyd edib ki, milli təhlükəsizlik orqanları üçün informasiya-təhlil işinin əhəmiyyəti nəzərə alınaraq, milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun təşəbbüsü ilə bu il Akademiyada daha bir yeni fakültə - “İnformasiya-təhlil işçilərinin hazırlanması” fakültəsi fəaliyyətə başlayıb. Cari tədris ilində bu fakültəyə birinci qəbul keçirilib və ilk dəfə oğlanlarla yanaşı, qızlar da kursant qismində Akademiyaya qəbul olunublar. Ölkəmizin digər ali təhsil müəssisələrində olduğu kimi, Akademiyada da Boloniya sistemi tətbiq edilir, kursantların biliyinin daha düzgün və obyektiv qiymətləndirilməsini təmin etmək məqsədilə 100 ballıq qiymətləndirmə sistemindən istifadə olunur.

Tədbirin sonunda kursantlar təntənəli marşla tribunanın önündən keçərək yeni biliklərə yiyələnmək üçün auditoriyalara yollanıb və Akademiyada tədris prosesinə başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR