"Yapı Kredi Bank"ın istiqrazlarının reytinqi endirilib

"Yapı Kredi Bank"ın istiqrazlarının reytinqi endirilib
# 27 sentyabr 2016 07:56 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Moody's” beynəlxalq reytinq agentliyi Türkiyənin reytinqini endirdikdən sonra 6 türk bankının da təminatlı istiqrazlarının reytinqi aşağı salıb.

APA-Economics” xəbər verir ki, reytinqi aşağı salınan banklar “Akbank”, “Denizbank”, “Garanti Bankası”, “Şekerbank”, “Vakıfbank” və “Yapı Kredi Bankası”dır.

“Moody's” agentliyinin açıqladığı məlumatda bildirilir ki, bu qərar sentyabrın 23-də Türkiyənin reytinqinin aşağı salınmasından sonra baş verib.

Qeyd edək ki, “Yapı Kredi Bankası A.Ş.” Azərbaycanda fəaliyyət göstərən “Yapı Kredi Bank Azərbaycan”ın səhmdarıdır. “Yapı Kredi Bank Azərbaycan” QSC 11 Yanvar 2000-ci il tarixində “Koçbank Azərbaycan LTD” adı ilə Azərbaycan Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR