Şamaxıda daha bir piyadanı avtomobil vurub

Şamaxıda daha bir piyadanı avtomobil vurub
# 30 may 2016 10:26 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən daha bir avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Şamaxı şəhərinin Nərimanov küçəsində qeydə alınıb. Rayon sakini Abbasov Zahir Əjdər oğlu idarə etdiyi 56-BC-196 dövlət nömrə nişanlı “VAZ 2104” markalı minik avtomobili sürətlə hərəkət edərkən yolu keçən piyadanı, 1986-cı il təvəllüdlü Manafov Babək Fariz oğlunu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Babək Manafov təcili olaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Onu xəstəxanaya hadisəni törədən sürücü çatdırıb. Həkimlərin səyi nəticəsində Babək Manafov xilas edilib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ötən gecə Şamaxının Çuxuryurd kəndində piyadanın ölümü ilə hadisə baş verib. “VAZ 2106” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənarda dayanan qadını, Çuxuryurd kənd sakini, 1951-ci il təvəllüdlü İbrahimova Şövkət Seyfəddin qızını vurub. Ağır bədən xəsarətləri alan Şövkət İbrahimova hadisə yerində dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR