Sabah Lənkəran və Lerik rayonlarının bəzi kəndlərinin qaz təchizatı məhdudlaşdırılacaq

Sabah Lənkəran və Lerik rayonlarının bəzi kəndlərinin qaz təchizatı məhdudlaşdırılacaq
# 22 avqust 2016 16:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, avqustun 23-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “RVO” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Lənkəran rayonun RVO, Narbağı və Qrumba, eləcə də Lerik rayonun Piran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR