Kolumbiyada təyyarə qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

Kolumbiyada təyyarə qəzaya uğrayıb, ölən və xəsarət alanlar var
# 01 oktyabr 2016 00:17 (UTC +04:00)

Bakı-APA. Kolumbiyada yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarə Medelyin aeroportundan havaya qalxandan bir qədər sonra yerə düşüb.

Məlumata görə, pilotun yaxınlıqdakı hava limanına qəza enişi etmək cəhdi uğursuz olub. İnsident nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR