Əbülfəs Qarayev Ağstafada vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Ağstafada vətəndaşları qəbul edib
# 20 may 2016 10:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağstafada Gədəbəy, Qazax, Şəmkir, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.

APA-nın məlumatına görə, nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, kadr təminatı, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Nazir jurnalistlərə bildirib ki, görüşdə 30-a qədər vətəndaş iştirak edib. Qəbulda aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərin yeni ekspozisiyalarla, musiqi və incəsənət məktəblərinin dərs vəsaitləri ilə təmin olunması ilə bağlı faydalı təkliflərin olduğunu deyib: ""Avey" və "Keşikçidağ" tarix-mədəniyyət qoruqları, Şəmkir qalası və "Sınıq körpü" ilə bağlı qaldırılan məsələlər insanların tariximizə, mədəniyyətimizə nə qədər həssas yanaşdıqlarını bir daha göstərir. Bu tarixi abidələr həm də bölgədə turizmin inkişaf etdirilməsi baxımından önəmlidir. Nazirliyin 15 regional idarəsi yaradılacaq. Bu idarələrin biri də Ağstafa rayonunda yerləşəcək. Bu rayon Gürcüstanla sərhəddə yerləşir. Bu da bölgənin tranzit olması ilə yanaşı turizminin inkişafına da öz töhfəsini verəcək".

.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR