Fransız-Azərbaycan Universitetinə qəbul imtahanı keçirilib

Fransız-Azərbaycan Universitetinə qəbul imtahanı keçirilib
# 27 iyul 2016 10:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib.

APA-nın xəbərinə görə, imtahan prosesini təhsil nazirinin müavini Ceyhun Bayramov və KİV nümayəndələri izləyib. Qəbul imtahanına I ixtisas qrupu üzrə 500 və daha çox bal toplayan 303 tələbə qatılıb. İmtahan saat 10.00-da başlayıb və 2 saat davam edib. İmtahanda abituriyentlər riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən 10 test sualını cavablandırıb, ingilis dilindən isə iki esse yazıblar. Nəticələr iyulun 29-da açıqlanacaq.

Yeni yaradılan universitetə qəbul 4 ixtisas üzrə - kimya mühəndisliyi, kompüter elmləri, Geofizika mühəndisliyi, Neft kəşfiyyatının və istismarının cihazqayırması ixtisası üzrə aparılır. 2016-2017-ci tədris ili üçün UFAZ-da hər bir ixtisası üzrə 30 dövlət sifarişli və 10 ödənişli olmaqla 160 tələbənin təhsil alması nəzərdə tutulur.

UFAZ-ın məzunları sonda müvafiq olaraq iki diplomla ( UFAZ və ADNSU) təmin olunacaqlar. Bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris müddəti) olmaqla tamamilə ingilis dilində aparılacaq. Tədrisin tamamilə ADNSU-da aparılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR