Krım məhkəməsi Refat Çubarovun həbsi barədə qərar qəbul edib

Krım məhkəməsi Refat Çubarovun həbsi barədə qərar qəbul edib
# 28 oktyabr 2015 15:57 (UTC +04:00)

Bakı - APA. Tanınmamış Krım Respublikasının Simferopol məhkəməsi Krım-tatar Məclisinin lideri Refat Çubarovun 2 aylığa azadlıqdan məhrum edilməsi barədə qiyabi qərar qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə R.Çubarovun özü “Facebook” səhifəsində yazıb.

Bu qərarın qəbul edilməsinə səbəb R. Çubarovun Rusiyanın ərazi bütövlüyünün pozulmasına təşviq edən fəaliyyətlə məşğul olmasıdır. Bununla bağlı 2014-cü ildə cinayət işi başlanıb.

R. Çubarov qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyini yazıb.

Qeyd edək ki, Krımın ərzaq blokadasında saxlanmasının təşəbbüskarı kimi çıxış etmişdi. Bu il sentyabrın 20-də Krım-tatar Məclisinin fəalları Rusiyada qadağan olunmuş "Pravıy sektor" təşkilatının üzvləri ilə birlikdə Ukrayna məhsullarının Krıma buraxılmaması üçün müddətsiz aksiyaya başlamışdı.

Qeyd edək ki, Rusiyada tanınmayan krım-tatar xalqının nümayəndələrindən ibarət Məclis 1991-də yaradılıb. R. Çubarov 2013-dən təşkilata rəhbərlik edir.

2014-cü il martın 16-da Krımın statusu ilə bağlı referendum keçirilən zaman məclis liderləri seçkiləri boykot etməyə dair çağırışlar edib.

2014-cü ilin yazından R. Çubarovun 5 il müddətinə Rusiyaya girişi qadağan edilib.

R. Çubarov Ukrayna Ali Radasının üzvüdür, hazırda Kiyevdə yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR