“Union Lizinq” ötən ili 6 mln. manatdan çox zərərlə başa vurub

“Union Lizinq” ötən ili 6 mln. manatdan çox zərərlə başa vurub
# 05 iyul 2018 08:28 (UTC +04:00)

2017-ci ilin sonuna “Union Lizinq” ASC-nin aktivlərinin həcmi 13 mln. 837,019 min manat olub k, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 24% azdır.

APA-Economics” şirkətin audit hesabatına istinadən xəbər verir ki, ötən ilin sonuna şirkətin öhdəlikləri 19 mln. 922,034 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 19,83% azalma deməkdir.

Şirkətin lizinq üzrə debitor borcları 13 mln. 776,863 min manat, pul vəsaitləri və onların ekvivalentləri 44,079 min manat, nizamnamə kapitalı isə 40 min manat olub.

Ötən ili “Union Lizinq” 6 mln. 125,015 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR