II rübdə vergi orqanlarının büdcədənkənar fonduna 39 mln. manat daxil olub

II rübdə vergi orqanlarının büdcədənkənar fonduna 39 mln. manat daxil olub
# 24 iyul 2018 10:59 (UTC +04:00)

Vergilər Nazirliyi vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsaitin həcmini açıqlayıb.

"APA-Economics" qurumun saytında dərc olunan "Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi barədə Forma"ya istinadən xəbər verir ki, 1 iyul 2018-ci il tarixinə fondun vəsaitlərinin həcmi 39 mln. 276,868 min manat təşkil edib.

Cari ilin yanvar-iyun ayları ərzində fonda daxil olan vəsaitdən 29 mln. 143,770 min manat xərclənib. Nəticədə hesabat dövrünün sonuna fondda qalıq 10 mln. 133,098 min manat təşkil edib.

Xərclərə nəzər saldıqda məlum olur ki, 7 mln. 733,671 min manat ştatda olan işçilərin əmək haqqına, 2 mln. 98,327 min manat ştatdankənar işçilərin əmək haqqına, 9 mln. 696,038 min manat əməyin ödənişi ilə bağlı sair pul ödənişlərinə, 4 mln. 435,558 min manat Dövlət Sosial Müdafiə Fonduna ayırmalara yönəlib.

Hesabat dövrünün sonuna qalan qalıq bütövlükdə dövlət büdcəsinə ödənilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR