Rüfət Aslanlı: "Əmanətçi yol pulu verib 1 manatı götürmək istəmir"

Rüfət Aslanlı: "Əmanətçi yol pulu verib 1 manatı götürmək istəmir"
# 24 fevral 2017 08:00 (UTC +04:00)

"Azərbaycanda lisenziyası ləğv olunan 11 bank üzrə qorunan əmanətçilərə 760 mln. manat kompensasiya ödənməlidir. İndiyədək təxminən 25 min nəfərə 725 mln. manat kompensasiya verilib". "APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, bundan sonra təxminən 140 min qorunan əmanətçiyə 35 mln. manatlıq kompensasiya verilməlidir: "Bu əmanətçilər öz əmanətlərini götürmür. Niyə? Çünki onların əmək haqqı hesabında, kart hesabında 1 manatdan az vəsait qalıb. Əmanətçi yol pulu verib 1 manatı götürmək istəmir. Bu əmanətlərin məbləği az olsa da, sayı çox olduğundan bu məbləğ yaranıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR