Azərbaycanda radon riskli zonalar aşkar edilib

Azərbaycanda radon riskli zonalar aşkar edilib
# 13 iyun 2017 12:54 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu (GGİ) ölkənin cənub zonasında radon riskli zonaları müəyyənləşdirmək məqsədilə tədqiqat aparır. İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı” çərçivəsində aparılan tədqiqat işləri Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının ərazisində həyata keçirilir. Tədbirlər proqramının həyata keçirilməsində Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi iştirak edir.


Araşdırmalar GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri akademik Əkbər Feyzullayev, Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və Geotermiya şöbəsinin böyük elmi işçisi Rauf Bağırlı iştirak edir.


Tədqiqatlar zamanı radon riskli zonalar aşkar edilib, qazın təbiəti öyrənilib, qapalı məkanlarda radonun həcmi aktivliyi təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR