Bakıda iki avtomobil hotelə çırpılıb, xəsarət alan var

Bakıda iki avtomobil hotelə çırpılıb, xəsarət alan var
# 08 yanvar 2018 13:52 (UTC +04:00)

Bakıda iki avtomobil hotelə çırpılıb.

APA-nın məlumatına görə, hadisə Səbail rayonu, Neftçilər prospektində, “Park İnn” hotelinin qarşısında qeydə alınıb. “Mercedes” markalı avtomobil “London” taksisi ilə toqquşub və hər iki avtomobil idarəetməni itirərək hotelin qarşısındakı maneəyə çırpılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, qəza nəticəsində 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR