Vergilər naziri Qubada vətəndaşları qəbul edəcək

Vergilər naziri Qubada vətəndaşları qəbul edəcək
# 05 mart 2018 07:44 (UTC +04:00)

Vergilər naziri Mikayıl Cabbarov martın 9-da Quba rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul edəcək.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar Quba şəhərində 3 saylı Ərazi Vergilər İdarəsinə, Qusar, Xaçmaz və Şabran rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə, Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

"Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR