Goranboyda baş verən yol qəzasında sürücü ölüb

Goranboyda baş verən yol qəzasında sürücü ölüb
# 19 iyul 2018 08:05 (UTC +04:00)

Goranboyda avtomobilin maneəyə çırpılması nəticəsində sürücü ölüb.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü İlqar Əhmədov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan maneəyə çırpılıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR