Bakı-2015: San-Marino yekun heyəti açıqlayıb

Bakı-2015: San-Marino yekun heyəti açıqlayıb
# 19 may 2015 12:54 (UTC +04:00)

Bakı – APA. San-Marino yığması iyunda Bakıda keçiriləcək Avropa Oyunları üçün tam siyahını açıqlayıb. Apasport.az saytının məlumatına görə, paytaxtımıza 15 idmançı ilə gələcək komanda 7 növdə təmsil olunacaq.

Qitə oyunlarına qatılacaq heyətdən 8-i Bakıya gəlməzdən öncə - iyunun 1-6-da İslandiyada təşkil olunacaq I Kiçik Ölkələrin Yarışlarına qatılacaqlar.

Kamandan oxatma: Emanuel Quidi

Atletika: Euqenio Rossi, Martina Muraççini, Federiko Qorrieri, Yosef Villiam Querra

Cüdo: Yessika Zannoni, Karim Qarbi

Atıcılıq: Alessandra Perilli, Arianna Perilli, Manuel Mançini

Üzgüçülük: Yelena Qiovannini, Beatriçe Feliçi, David Bernardi

Stolüstü tennis: Letizia Qiardi

Taekvondo: Miçel Sekkaroni

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR