Mingəçevirdə baş verən yol qəzasında 5 nəfər xəsarət alıb

Mingəçevirdə baş verən yol qəzasında 5 nəfər xəsarət alıb
# 18 may 2018 08:42 (UTC +04:00)

Mingəçevir şəhərində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhərin M. Maqomayev prospektində sürətlə hərəkət edən “Lada Priora” markalı minik avtomobili yolun kənarında dayanmış “VAZ-2106” avtomobilinə çırpılaraq aşıb. Hadisə zamanı “Lada Priora”nın sürücüsü, 1983-cü il təvəllüdlü Mərdanov Elşən Bakir oğlu, 1995-ci il təvəllüdlü Tanrıverdiyeva Könül Nazim qızı, onun bacısı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyeva, 1991-ci il təvəllüdlü Ədilova Aysel Şamil qzı və “VAZ 2106”nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR