Astarada avtomobil ağaca çırpılıb, iki nəfər xəsarət alıb

Astarada avtomobil ağaca çırpılıb, iki nəfər xəsarət alıb
# 22 dekabr 2017 15:20 (UTC +04:00)

Astara rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, Astara şəhəri ərazisində “Passat” markalı avtomobil yoldan çıxaraq yol kənarında olan ağaca çırpılıb.

Nəticədə Lənkəranın Xolmili kənd sakinləri – 1995-ci il təvəllüdlü Mircamal Mirzəyev və 1991-ci il təvəllüdlü İqbal Yusifzadə xəsarət alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İ. Yusifzadənin vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR