Məmmədyarov: "İraqda olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün İşçi qrup yaradılıb"

Məmmədyarov: "İraqda olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün İşçi qrup yaradılıb"
# 16 mart 2018 08:54 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi İraqda olan Azərbaycan vətəndaşlarının geri qaytarılması məsələsini diqqətdə saxlayır.

APA-nın xəbərinə görə, xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Azərbaycanın İraqdakı səfirliyi bununla məşğuldur: “Bu, o qədər də asan məsələ deyil. Orada uşaqlar, qadınlar var. Biz oradakı yerli hakimiyyətlə əlaqədəyik. İlk növbədə araşdırılmalıdır ki, onlar İraqa niyə gediblər, hansı fəaliyyətlə məşğul olublar?”

E. Məmmədyarovun sözlərinə görə, artıq Nazirlər Kabinetində bununla bağlı İşçi qrup fəaliyyət göstərir: “Orada həm Xarici İşlər Nazirliyinin, həm də digər qurumların nümayəndələri təmsil olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR