Tacikistan paytaxtına gedən yolda qar uçqunu olub

Tacikistan paytaxtına gedən yolda qar uçqunu olub
# 19 fevral 2017 10:49 (UTC +04:00)

Ötən gün axşam Düşənbə-Çanak yolunda təmizlik işləri ilə məşğul olan İRS beynəlxalq şirkətinin 8 əməkdaşı qar uçqununa düşüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, İRS şirkətinin qar uçqunu altında qalan 8 əməkdaşından 3-nü xilas etmək mümkün olub, digər 5 əməkdaşın axtarışı davam edir.

Qar uçqunu ilə əlaqədar Düşənbə-Çanak yolunda qalan avtomobillərdə olan 28 nəfər evakuasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR