Gəncədə kişi həyat yoldaşına bıçaq xəsarətləri yetirib

Gəncədə kişi həyat yoldaşına bıçaq xəsarətləri yetirib
# 10 yanvar 2017 09:30 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 5-ci mikrorayonunda qeydə alınıb. Həmin ünvanda yaşayan 1954-cü il təvəllüdlü Alidə Axundova əlindən bıçaqlanıb. Ona dərhal tibbi yardım göstərilib. İlkin məlumata görə, qadına ailə münaqişəsi zamanı əri tərəfindən bıçaq xəsarəti yetirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR