ETSN Bakıdakı subasma sahələrində vəziyyəti açıqlayıb

ETSN Bakıdakı subasma sahələrində vəziyyəti açıqlayıb
# 09 iyul 2018 10:34 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakı şəhərinin subasma sahələrində vəziyyəti açıqlayıb.

ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Binəqədi birinci mədən yaşayış sahəsi və Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur.

Ekspedisiya rəisi qeyd edib ki, Maştağa-Zabrat, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Zabrat-Məhəmmədi, Savalan və Qala qəsəbəsində subasma proseslərinin dinamikasında da stabil gərginlik müşahidə edilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR