AMEA institutlarının elmi şuralarının tərkibində dəyişiklik edilib

AMEA institutlarının elmi şuralarının tərkibində dəyişiklik edilib
# 11 iyul 2017 11:14 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin (HEB) ümumi yığıncağı keçirilib.

AMEA-dan APA-ya verilən məlumata görə, AMEA vitse-prezidenti, akademik İsa Həbibbəyli gündəlikdə duran məsələlər haqqında iştirakçılara məlumat verib.

Elmi-təşkilati məsələlərdən ilk olaraq HEB-in yeni tərkibi müzakirə edilib. Bölmə yeni tərkibinin təsdiqi və büro üzvlərinin təyin olunması ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.

Gündəlikdə yer alan növbəti məsələ HEB-ə daxil olan elmi müəssisələrin 2017-ci ilin I yarım il­li­yin­də­ki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında olub. Hesabat məruzəsi ilə çıxış edən bölmənin akademik-katibi, akademik Teymur Kərimli cari ilin ilk altı ayı ərzində elmi müəssisələrdə görülmüş elmi və elmi-təşkilati işlərdən bəhs edib. O bildirib ki, institut və elmi təşkilatların ilk yarım ilə dair hesabatları bölməyə təqdim olunub və dəyərləndirilib.

Hesabat dinlənilib müzakirə edildikdən sonra bölmənin qərarı ilə təsdiq olunub.

Tədbirdə Ədəbiyyat və Dilçilik institutlarının Elmi şuralarının tərkiblərində də­yi­şik­lik edilməsi, Ədəbiyyat və Əlyazmalar institutlarının bir neçə doktorant və dissertantına təhsillərində möhlət verilməsi haqqında qərarlar qəbul olunub.

Sonda cari məsələyə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR