Dağıstanda 4 terrorçu məhv edilib

Dağıstanda 4 terrorçu məhv edilib
# 04 noyabr 2016 08:56 (UTC +04:00)

Dağıstanın Xasavyurd rayonunda təhlükəsizlik qüvvələri 4 terrorçunu məhv edib.

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hazırda silahlıların şəxsiyyəti müəyyənləşdirilir. Onların Xasavyurd qruplaşmasının üzvləri olduğu ehtimal edilir. Məhv edilən terrorçuların arasında polislərin həyatına qəsd etdiyinə görə federal axtarışda olan 25 yaşlı Məhəmməd Mahmudov da olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR