Azərbaycanda 3 nəfər icbari tibbi sığortadan istifadə etməklə əməliyyat olunub

Azərbaycanda 3 nəfər icbari tibbi sığortadan istifadə etməklə əməliyyat olunub
# 10 fevral 2017 10:03 (UTC +04:00)

İcbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə bu həftə 3 nəfər əməliyyat olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, döş qəfəsində ağrı və təngənəfəslik şikayəti ilə Yevlax rayon sakini Vahid Əliyev Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib, aparılan müayinələr nəticəsində xəstəyə ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya diaqnozu qoyulub. Xəstənin bir dəfə miokard infarktı keçirdiyi, ürəyin atım fraksiyasının kritik səviyyədə aşağı olması onun təcili aorta koronar şuntlama əməliyyatına (açıq ürək əməliyyatı) göstəriş olub və əməliyyat uğurla həyata keçirilib. Hazırda xəstənin vəziyyəti stabildir, stasionarda müalicəsi davam edir.

Pilot ərazilərdə rəsmi qeydiyyatda olan şəxs kimi V. Əliyev icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edib.

Qeyd edək ki, bu, pilot ərazilərdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı bu həftə ərzində edilən 3-cü həyati vacib, dəyəri yüksək olan əməliyyat təminatıdır. Digər iki əməliyyat - invaziv yolla ürək damarlarının angioplastikası və invaziv yolla periferik damarların angioplastika əməliyyatları da uğurla icra olunub.

Agentliyin icbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov xəstəni ziyarət edib, səhhəti ilə maraqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR