Türkiyədə avtobus aşıb, 2 nəfər ölüb

Türkiyədə avtobus aşıb, 2 nəfər ölüb
# 05 fevral 2018 07:37 (UTC +04:00)

Türkiyənin Van vilayətində sərnişin avtobusu qəza törədib.

APA-nın “Haber7”yə istinadən verdiyi xəbərə görə, qəza bu gün yerli vaxtla səhər 04:30 radələrində baş verib. Yolun buzlanması səbəbindən sürücü idarəetməni itirib və avtobus aşıb.


Qəza nəticəsində sərnişinlərdən 2-si ölüb, 21 nəfər isə yaralanıb. Xəsarət alanlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Avtobus Anakara-Van istiqamətində hərəkət edirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR