Qaynını öldürən şəxsə hökm oxunub

 Qaynını öldürən şəxsə hökm oxunub
# 24 iyul 2015 11:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Əfqan Yusubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə hökmünə əsasən, Ə. Yusubov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əfqan Yusubov münaqişə zəminində qaynı Vüqar Salmanovu bıçaqlayaraq öldürüb. Araşdırmalar zamanı onlar arasında mübahisənin DVD üstündə yarandığı məlum olub. Belə ki, Vüqar Salmanov Əfqan Yusubova DVD satıb. Lakin Ə.Yusubov onun pulunu vermədiyi üçün aralarında mübahisə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR