Azərbaycan yığmasının futbolçusu Kipr klubu ilə anlaşıb

Azərbaycan yığmasının futbolçusu Kipr klubu ilə anlaşıb
# 11 avqust 2017 10:34 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev karyerasını Kiprdə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi bu ölkənin “Anartosis” klubuna keçməyə yaxındı.

Artıq futbolçu və klub arasında danışıqlar müsbət yekunlaşıb. Müqavilə ilə “Qəbələ”yə məxsus olan yarımmüdafiəçinin keçidinin gerçəkləşməsi üçün əyalət klubunun da razılığı əldə olunmalıdı.

Əgər “qırmızı-qaralar” qışda transfer etdiyi futbolçu ilə yollarını ayırmağa razı olsa, millimizin üzvü karyerasını adada davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR