Suriyada məktəb atəşə tutulub, 13 uşaq ölüb

Suriyada məktəb atəşə tutulub, 13 uşaq ölüb
# 05 noyabr 2014 19:11 (UTC +04:00)

Bakı-APA. Suriyanın paytaxtı Dəməşq ətrafında, üsyançıların nəzarəti altında olan ərazidə məktəb atəşə tutulub.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, nəticədə azı 13 uşaq ölüb, bir neçəsi xəsarət alıb.

Hadisənin kimlər tərəfindən törədildiyi hələ ki, məlum deyil. Məlumata görə, hökumətlə üsyançılar arasında razılaşmanın olmasına baxmayaraq, atəşkəs rejimi mütəmadi olaraq pozulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR