Prezident “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Prezident “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
# 25 yanvar 2017 15:22 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “Tütün və tütün məmulatı haqqında” qanuna edilmiş dəyişiklikləri təsdiqləyib.

APA-nın məlumatına görə, qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının və alışqanlarının reklamı qadağandır.

Qanuna əlavə edilən 20.3-cü maddədə isə qeyd olunur ki, tütün və tütün məmulatının istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR