Binəqədi RİH rayonda ictimai təhlükəsizliyin təmin edilməsinə dair tədbir keçirib

Binəqədi RİH rayonda ictimai təhlükəsizliyin təmin edilməsinə dair tədbir keçirib
# 10 mart 2018 11:27 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Xaləddin İsgəndərovun rəhbərliyi ilə rayonunda “İctimai təhlükəsizliyin təmin edilməsi” mövzusunda müşavirə keçirilib.

Müşavirədə RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, Hüquq Mühafizə orqanlarının rəhbərləri, RİH başçısının İnzibati və Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Kommunal xidmət sahələrinin rəhbərləri, din xadimləri, İctimai Birliklərin sədrləri və məktəb direktorları iştirak edib.

RİH başçısı Xaləddin İsgəndərov prezident seçkiləri ilə əlaqədar rayonda ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə görüləcək işlər barəsində tapşırıq və tövsiyələrini verib. Bildirib ki, prezident seçkilərinə hazırlıq və səsvermə günü strateji əhəmiyyət daşıyan və digər obyektlər gücləndirilmiş iş rejiminə keçməli, seçki məntəqələrində seçki sənədlərinin etibarlı saxlanmasını təmin etmək məqsədi ilə məntəqələr dəmir seyflərlə, qapı və pəncərələr dəmir barmaqlıqlarla təmin edilməli, səsvermə günü seçki prosesini pozan və pozmağa cəhd edən, qanuna zidd hərəkətlərin qarşısının alınması üçün tədbirlər görülməli, təbliğat-təşviqat kampaniyası dövründə kütləvi tədbirlərin və görüşlərin yalnız bu məqsəd üçün ayrılmış yerlərdə keçirilməsinə nəzarət təmin edilməli, icazəsiz kütləvi tədbirlərin, görüşlərin, yürüşlərin digər bu kimi tədbirlərin qarşısının alınması təmin edilməli, vətəndaşların müraciətlərinə, şikayət və təkliflərinə diqqət və qayğı ilə yanaşılması təmin edilməli, yaşayış yerlərində keçirilən səyyar qəbulların intensivliyi artırılmalı, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası nəzarətə götürülməli, əhalinin elektrik enerjisi, lift təsərrüfatı, istiliklə, təbii qaz və içməli su ilə etibarlı və fasiləsiz təminatı üçün tədbirlər görülməlidir.

Binəqədi rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, 8 saylı Binəqədi birinci dairəsi, Dairə Seçki Komissiyasının sədri Natiq Əliyev, Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov, Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, 284 saylı tam orta məktəbin direktoru Nizami Novruzov, Biləcəri Enerji Təchizatı və Şatışı idarəsinin rəisi Ülvi Həsənov qanunla onların səlahiyyətlərinə aid olan məsələlərin həlli istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barəsində məlumatlar veriblər.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov rayonda ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə görüləcək işlərə Tədbirlər Planını iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasın sonunda RİH başçısı Azərbaycan prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş 11 saylı Uşaq Poliklinikasının baş həkimi Məlahət İbrahimovanı təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR