Bank Of Baku

AMB "Binance" şirkəti ilə kriptoaktivlərin tənzimlənməsi məsələlərini müzakirə edib

AMB "Binance" şirkəti ilə kriptoaktivlərin tənzimlənməsi məsələlərini müzakirə edib
# 05 noyabr 2026 12:55 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov “Binance” şirkətinin Mərkəzi və Şərqi Avropa, MDB və Afrika regionları üzrə regional rəhbəri Kirilo Xomyakovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir.

Görüş zamanı kriptoaktivlər üzrə tənzimləmə çərçivəsinin inkişafı, xüsusi tənzimləmə rejimində kriptoaktivlərlə əlaqəli innovativ məhsulların sınaqdan keçirilməsi, real aktivlərin tokenləşdirilməsi imkanları və bu sahələrdə digər ölkələrin təcrübələri müzakirə olunub.

Görüşdə həmçinin qeyd olunan təşəbbüslərdə “Binance” şirkəti ilə əməkdaşlığın mümkün istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR