Bank Of Baku

“Bitcoin”də dalğalanma davam edir - Qiyməti 61 min dollardan aşağı düşüb

“Bitcoin”də dalğalanma davam edir - Qiyməti 61 min dollardan aşağı düşüb
# 24 noyabr 2026 08:31 (UTC +04:00)

Kriptovalyuta bazarında ötən gün müşahidə olunan bahalaşma yenidən enişlə əvəzlənib.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 1,52% azalaraq 60 445,73 ABŞ dollarına düşüb.

Kriptovalyutanın qiyməti son bir həftədə 6,89%, son 30 gündə isə 25,16% azalıb. “Bitcoin”in bazar kapitallaşması 1,22 trln. dollar təşkil edib.

“Ethereum”un qiyməti 1,95% azalaraq 1 699,49 dollara, “Zcash”ın qiyməti 4,18% azalaraq 758,13 dollara, BNB-nin qiyməti isə 0,86% azalaraq 553,13 dollara enib.

“Monero”nun qiyməti 1,92% azalaraq 490,54 dollara, “Bittensor”un qiyməti isə 0,11% azalaraq 190,23 dollara düşüb.

Bunun əksinə, “Bitcoin Cash”in qiyməti 1,94% artaraq 201,76 dollara, “Quant”ın qiyməti isə 7,51% artaraq 153,09 dollara yüksəlib.

Qızıl təminatlı “PAX Gold”un qiyməti 0,63% artaraq 3 619,33 dollara, “Tether Gold”un qiyməti isə 0,62% artaraq 3 619,04 dollara çatıb.

CMC20 tokeninin qiyməti son sutkada 1,23% azalaraq 121,66 dollara enib. Kriptovalyuta bazarının ümumi kapitallaşması isə 0,98% azalaraq 2,08 trln. dollar təşkil edib.

Son günlər kriptovalyuta bazarına ABŞ-də faiz artımı gözləntiləri, süni intellekt sektoruna investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqlar və birja fondlarından kapital çıxışı təzyiq göstərir. Belə ki, ötən həftə “BlackRock”un “Bitcoin” birja fondundan bir gün ərzində rekord həcmdə – 541,1 mln. dollar vəsait çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR