Bank Of Baku

"Bitcoin" 62 min dollara kimi ucuzlaşıb

"Bitcoin" 62 min dollara kimi ucuzlaşıb
# 09 iyul 2026 08:49 (UTC +04:00)

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə eniş üstünlük təşkil edib.

APA-Economics” xəbər verir ki, bazarın lideri olan “Bitcoin” son sutkada 0,80% ucuzlaşaraq 62236,23 ABŞ dollarına enib.

Qızılın qiymətini izləyən tokenlər də mənfi dinamika nümayiş etdirib. “PAX Gold” (PAXG) 1,51% ucuzlaşaraq 4055,41 dollara, “Tether Gold” (XAUt) isə 1,47% azalaraq 4053,21 dollara düşüb.

İkinci ən böyük kriptovalyuta “Ethereum” 0,89% ucuzlaşaraq 1738,22 dollardan, BNB isə 0,02% bahalaşaraq 569,08 dollardan ticarət olunub.

Digər iri rəqəmsal aktivlərdən “Zcash” 3,96%, Monero 3,13%, Bittensor 1,90%, “Bitcoin Cash” isə 0,86% ucuzlaşıb.

Qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 1% azalaraq 2,14 trilyon ABŞ dollarına düşüb.

Bazar iştirakçıları arasında risk iştahının zəifləməsi, mənfəət realizasiyası və ABŞ-da faiz dərəcələri ilə bağlı qeyri-müəyyənliyin davam etməsi kriptovalyutaların qiymətlərinə təzyiq göstərən əsas amillər kimi qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR