Bank Of Baku

"Bitcoin" ucuzlaşıb

"Bitcoin" ucuzlaşıb
# 24 aprel 2026 09:53 (UTC +04:00)

Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə əsasən azalma müşahidə olunub.

APA-Economics” xəbər verir ki, bazarın aparıcı aktivi olan Bitcoin son 24 saatda 0,1% azalaraq 77 729 dollar səviyyəsində qərarlaşıb.

İkinci ən böyük kriptovalyuta olan Ethereum isə 1,5% ucuzlaşaraq 2 308 dollar olub.

Digər əsas kriptovalyutalar arasında BNB 0,51% azalaraq 632 dollar, XRP 0,88% artaraq 1,42 dollar olub. Bundan başqa, Solana 0,58% azalaraq 85 dollar, Dogecoin isə 1,41% bahalaşaraq 0,097 dollar səviyyəsində qərarlaşıb.

Stabil kriptovalyutalar arasında Tether 0,04% artaraq 1 dollar, USD Coin isə 0,02% artaraq 0,9999 dollar təşkil edib.

Qeyd edək ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,31% azalaraq 2,59 trilyon ABŞ dollarına çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR